Paylaş

Hamımız müəyyən zaman özümüzə olan inamı itiririk və özümüzü narahat hiss edirik.

Əgər özünüzü bu vəziyyətdə hiss edirsinizsə, bədən hərəkətlərinizi dəyişdirmək itiriyiniz inamı geri qazanmağınıza kömək edə bilər.

Özünə inamı itirənlər üçün kömək ola biləcək bədən dili təklifləri bunlardır:

1. Gülümsəyin

Gülümsəməyin sağaldıcı təsirindənn hər zaman faydalanın.
Ortada heç bir səbəb olmayanda gülümsəmək sizə qəribə görünə bilər, lakin beynimiz davamlı hiss etdiyimiz duyğulardan təsirlənə bilir. Buna görə də özümüzə gülmsəməyimiz özünəinam hisslərinin səviyyəsini artırmağa kömək edir.

2. Duruşunuza diqqət edin.

Çox hündür olmasanız belə, özünüzü hündür göstərmək üçün düzgün şəkildə durmağınız , bir müddət də olsa özünüzü digərlərindən daha böyük hiss etməyinizə səbəb olacaq. Burada əsas olan belinizi əyməməyə və çiyinlərinizi aşağı salmamağa diqqət edin. Çünki yanlış duruşlar, daha qısa görünməyinizə və özünüzü güvənsiz hiss etməyinizə səbəb olacaqdır.

3. “Superman” duruşundan ilham alın.

Özünüzü güclü hiss etməyiniz, elə fikirləşməyiniz, sonda elə olmağınıza kömək edəcəkdir.

4. Əllərinizə hakim olun.

İnsanlar gərgin olduqları zaman, əllərində hər hansı əşya olur və onunla oynamağa başlayırlar. Sakit və əsəbi insanları əl hərəkətlərindən asanlıqla ayıra bilərsiniz. Əsəbi olduğunuz hallarda əllərinizi daha az istifadə eləməyə və daha az hərəkət etməyə çalışın. Bu sizin daha tez sakitləşməyinizə kömək olacaq.

5. Yavaşlayın.

Yavaşlayın və yavaşlamağın faydalarını görün. Hər nə qədər şəhər həyatında bunu etmək çox asan olmasa da, yavaşlamaq gördüyünüz işə daha çox diqqət etməyinizə, yediyiniz yeməyin dadını daha çox almağınıza kömək edəcəkdir.
Yavaşladığınızda özünüzü daha rahat hiss edəcəksiniz və etdiyiniz iş üçün narahat olmayacaqsınız.