Paylaş

Bu dəfə “Yeməkbaz”da sizə hər kəsin “bəh-bəh” deyərək yediyi kababdan danışacayıq.

Milli mətbəximizin çoxsaylı kabab növləri ət (mal, qoyun), toyuq və balıq, içalat və müxtəlif  tərəvəzlərdən hazırlanır. 25-dən çox sayda təklif olunan kabablar haqqında qısa və maraqlı faktlarla sizi tanış edirik.

Əvvəllər ətin əsas tikələri tikə kabab üçün istifadə olunduqdan lülə kababı daha xırda və “lazımsız” tikələrdən hazırlanırdı. Lülə kababın dadı isə xeyli miqdarda “quyruq” əlavə olunmaqla xilas olunurdu. Lakin daha sonra vəziyyət kardinal dəyişdi. Son onilliklər ərzində lülə kabab hazırlanması sadəcə ətin şişə çəkilməsi ilə kifayətlənmir.  Ətin ən incə hissələrindən hazırlanan lülə kababını bişirmək əsl ustalıq tələb edir.

Tərkibində yüksək miqdarda yağlar olduğu üçün orqanizmi kababların mümkün mənfi təsirindən qorumaq mütləqdir. Bunun ən asan və dadlı yolu kababla birgə “turş” dadlı ərzaqlar yeməkdir. Sumax və nar bu vəziyyətdə ideal çıxış yoludur. Bundan başqa,  kababın yanında görməyə öyrəşdiyimiz “Manqal” salatının tərkibindəki pomidor yağları neytrallaşdırmaq üçün əla vasitədir.

Toyuq və balıq kabablarının tərkibində yağlar daha az miqdarda olduğundan onlar bir növ diyetik sayıla bilər.

Mənbə: blog.nuush.az