Paylaş

“Beşiktaş”ın liderliyi layiqli liderlikdir. Digər iddialı  komandaların xal itirməsi və özünəlayiq futbol nümayiş etdirməməsi “Beşiktaş”ın qalibiyyətinə səbəb ola bilməz”

Bu sözləri Türkiyə Super Liqasında “Beşiktaş”ın liderliyiy barədə müsahibə verən idman şərhçisi Sənan Şəfizadə deyib:

“Beşiktaş”ın liderliyi layiqli liderlikdir. Digər iddialı  komandaların xal itirməsi və özünəlayiq futbol nümayiş etdirməməsi “Beşiktaş”ın qalibiyyətinə səbəb ola bilməz. Çünki “Beşiktaş” bu xalları qələbə ilə qazanıb. Hazırda 5 xallıq liderdir və çempionluğa yaxındır. Amma Qızıl medalların rəsmiləşməsindən sonra çempionu elan etmək olar. “Beşiktaş”-ı təbrik etmək üçün tələsmək lazım deyil. Sözsüz komadanın çempion olacağına əminəm. Çünki “Beşiktaş”-ı saxlamaq artıq çətidir. “Qalatasaray”-“Fənərbaxça” oyununun 0:0-la başa çatması “Beşiktaş”ın işinə yaradı. Bir neçə tur da gözləmək olar. Çünki çempionat hələ başa çatmayıb, vacib oyunlar var. Komandanın bu il çempion olması qanuna uyğundu. “Beşiktaş”ın yeni stationu və çempionluğu sanki üst-üstə düşəcək. Bir neçə həftə sonra “Qara qartal”ları çempionluq münasibəti ilə təbrik edə biləcəyik”.