Paylaş

Stilist Sərxan kişilərin saç düzümləri ilə bağlı fikirlərini Kishi.az-la bölüşdü. O bildirdi ki, saç stillərinin seçilməsi ilə bağlı məlumat qıtlığı var:

“Yəni   xanım və ya kişi saç stilini dəyişdirmək istədikdə ən asan halda “Google”a müraciət edir ya da “Facebook”, “Instagram”. Orda da ən çox Avropadan məlumatlar çıxır.  O məlumatlar da bizim bəyləri aldadır. Onların saçının tonu açıq olur və bu kəsimlərdə daha görkəmli görünür və ya saçlarının yarısı boyalı olur. Elə olanda da ayrı görüntü yaradır.

Amma azərbaycanlı bəylərimizdən söhbət gedirsə… Bizim bəylərimiz adətən qalın qaşlı və tünd dərili olduqları üçün məsləhət görürük ki, onlar saçlarını yuxarı və ya yuxarı-yana formada  kəsdirsinlər. Elə 2016-da da bu saç stili çox dəbdə oldu. David Beckham adlandırdığımız köhnə italyan saç kəsimləri bizdə çox yayıldı. Elə  professional ustalar olaraq  biz də bunu məsləhət görürük. Amma təbii ki, hər kəsin üz simasına, yaşam tərzinə görə də saç stili olur. Bizim bəylərimiz daha çox klassik sevirlər insan istəyər ki, bu London, retro stil saç düzümləri ola amma təəssüf ki, elə deyil.