Paylaş

Boşanacaqları xəbəri ilə tez-tez gündəmə gələn müğənni Beyons və həyat yoldaşı, rep ifaçısı Cey Zi tətilə çıxıblar.

Kishi.az-ın Axşam.az-a istinadən məlumatına görə, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama ilə sevgi yaşadığı iddia edilən Beyons ailəsi ilə bir yerdə xoşbəxt olduğunu nümayiş etdirib.

7 ildir evli olan ifaçı tətildə üç yaşlı qızı Blu Ayvi və rəfiqəsi, müğənni Kelli Roulandla istirahət edib.

Qeyd edək ki, 34 yaşlı Beyons 45 yaşlı Cey Zi ilə münasibətlərini 2008-ci ildə rəsmiləşdirib. Onun Obamanın andiçməsində iştirakından sonra prezidentlə sevgili olma xəbərləri yayılmışdı.