Paylaş

Qadın və kişilər arasında münasibətlər hər zaman mövcud olub və var. Münasibətlərdə çətinliklərin olması qaçılmazdır. Bu çətinliklər müxtəlif mövzuda ola bilər. Bunlardan biri də qərarların qəbul edilməsi ilə bağlı olan çətinliklərdir. Bu mövzuda psixoloq psixoterapevt Günel Vəliməmmədova Kişi Magazine-ə müsahibə verib. Burada əsas amil hər iki tərəfin kompromisə gəlməsidir:

“Cütlükdən cütlüyə fərq var . Məsələn, bəzi cütlüklər var ki, orada qadının sözü daha dominantdır və bu kişiyə daha da sərf edir, elə də cütlüklər var ki, kişinin sözü daha dominantdır, bu qadına daha çox sərf edir. Əgər həm qadın, həm də kişi kompromisə gələ bilirlərsə, onda burada qərarların qəbul edilməsi də effektli olacaq, həm də hər iki tərəf razı qalacaq. Əgər qərar qəbulu zamanı hər iki tərəfdə çətinlik yaranarsa, bu zaman hər iki tərəfin avtoritet bildiyi insan varsa ondan məsləhət almaq olar. Həmin insan hər iki tərəfin eşitdiyi bir şəxs olmalıdır. Bu yaxın bir qohum və ya dost ola bilər”.