Paylaş

Gündəlik gözəl görünmək qadinlar kimi kişilər üçün də əhəmiyyətlidir. Səliqəli görünmək üçün istəsək də, istəməsək də gündəlik saç düzümümüzə və üz görünüşümüzə fikir verməliyik. Qadınların gündəlik makiyaj, saç düzümü etdikləri kimi, kişilər üçün də saç düzümü və təraş olunmuş üz əsasdır. Bu məqsədlə kişilər hər gün müxtəlif “kişi salonlar”ına üz tuturlar. Bəs görəsən şəhərdəki kişi salonlarının xidmət və təmizlik hansı vəziyyətdədir? Kişi.az saytı olaraq bu məqsədlə şəhərimizdə yerləşən kişi salonlarına üz tuturuq. İlk qonaq olduğumuz məkan “Azadlıq 70” ünvanında yerləşən “BEST” Kişi salonu olur.

səkil 1

Girişdə bizi gülərüz qarşılayan şəxs üst geyimimizi alıb qarderobdan asır və əyləşməyimiz üçün yer göstərir.  Az sonra isə qarşımızda çay görürük.

2

Gözlədiyimiz müddətdə salondakı təmizlik diqqətimizi çəkir. Hər müştəridən sonra döşəmə, boyunluq dəsmallar, ən əsası isə istifdə edilən alətlərin uc hissələri təmizlənir və yenilənir.

3

Salonda növbə gözləyən insanlar tez bir zamanda yola salınır. Düşünürəm ki, bir salonda  eyni anda 4 ustanın işləməsi bu cəhətdən məmnunedici haldır. Ustaların səliqəli və təmiz görünən uniformaları isə insana müsbət təsir bağışlayır desəm yanılmaram. Düşünürəm ki, elə buna görədir ki,  salonda öz kiçik oğullarının saçını düzəltməyə gətirən xanımlar da var idi.

4

Salon nə qədər geniş olsa da ətrafı rahat – rahat seyr edə bilirik. Qapı üzərindəki qeyddən məlum olur ki, salonda kişilər üçün manikür, pedikür, lipuçka kimi xidmətlər də təklif olunur.

5

Masa üzərinə qoyulmuş   müştərilərin istəyinə uyğun seçim etməsi üçün kataloq diqqətimi çəkir.

Salonda xüsusi bir otaq da gözümüzə dəyir. Saç kəsilmələri və təraş üçün VİP otaq olduğunu öyrənirik. Düzdü bunu eşitmək üzümdə təbəssüm yaratsa da, bir anlıq xüsusi  kompleksi olan insanları xatırlayıram. Bu mövzuda da salonun bu xidməti məni heyrətləndirir.

6

Ustaların isə işlərindən bəlli olur ki, bu sahədə peşəkardırlar. Əllərindən düşməyən fen, daimi müxtəlif şampunlardan istifadə, saçların yuyulub, daranması və formaya salınması işində də bir incəlik sezilir.

7

Xidmətdən istifdə üçün stula əyləşirəm. Bayaqdan fikir verdiyim hər bir nüans usta tərəfindən xüsusi diqqətlə yerinə yetirilir.Ustanın  mövsümə və geyimimə uyğun saç düzümü təklif etməsi isə xüsusi olaraq ürəyimcə olur və seçimi ustanın ixtiyarına buraxıram. Artıq bütün şübhələrim geridə qalıb. Qısa bir aradan sonra artıq mən də “həmişə təmizlikdə” sözünü eşidib salondan gülərüzlüklə yola salınır və xoş təsuratla məkanı tərk edirəm.

“Best” Kişi Salonu

Azadlıq, 70

(055) 346 0081 – Cavid Usta

(055) 346 0082 – Taleh Usta

(055) 346 0083 – Musa Usta