Paylaş

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə mübarizəyə qoşulacaq 4 güləşçimiz 48, 55, 60 və 69 kq çəki dərəcələrində yarışacaqlar.

48 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Maria Stadnik mübarizəyə 1/8 finaldan qoşulub. Təmsilçimiz bu mərhələdə portuqaliyalı Kosta Dos Santosu məğlub edərək 1/4 finala adlayıb. Yarımfinala gedən yolda Stadnik fransalı güləşçini də məğlub edərək, yarımfinala yüksəlib. Finala vəsiqə qazanmaq üçün idmançımız polşalı güləşçi ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan təmsilçimiz finala yüksəlib.

55 kq

Bu çəki dərəcəsində ölkəmizi Natalya Sinişin təmsil edir. Güləşçimiz yarımfinalda uduzub. Belədə o, bürünc medal uğrunda mübarizə aparacaq.

60 kq

Bu çəkidə növbəti medal ümidimiz – Yuliya Ratkeviç mübarizə aparır. O da mübarizəyə 1/8 finalda qoşulub. Lakin təmsilçimiz gözlənilmədən Bolqarıstan idmançısı Yusein Taybeyə uduzub.

69 kq

Bu çəkidə isə millimiz Nadio Muşka ilə təmsil olunur. 1/8 finalda Muşka Rusiya idmançısı Nataliya Vorobyovaya uduzub.