Paylaş

İdman şərhçisi Rövşən Binnətli Türkiyə superliqasının 22-ci turunda keçirilən”Galatasaray” – “Trabzonspor” qarşılaşmasını Kishi.az-a şərh edib:

“Son bir neçə mövsümdür ki, Türkiyə çempionatında xoşagəlməz hallar baş verir. Galatasaray-Trabzonspor görüşü də belələrindən oldu. Xoşagəlməzlik bir oyunda komandanın 4 futbolçusunun meydandan kənarlaşdırılması idi. Əlbəttə, bu, futbolda az- az rast gəlinən hadisələrdəndir. Zərərçəkən tərəf hakimin qərəzli münasibətindən danışır, qarşı tərəf isə hakimin qərarı ilə razılaşdıqlarını bildirirlər. Lakin orada Galatasarayın qapısına təyin olunan 11 metrlik  cərimə zərbəsinə diqqətlə fikir versək, burada da hakimin qərarında yanlışlıq olduğunu görmək mümkündür. Sadəcə Trabzonsporun futbolçusu özünü elə göstərdi ki, sanki ona rəqib futbolçunun müdaxiləsi var, əslində hər hansı bir müdaxilə yox idi. Amma, çox ustalıqla yıxıldı, beləliklə, penalti aldı.

Burada da hakimin qərarı obyektivlikdən uzaq idi. Ayrı-ayrı epizodlara nəzər saldıqda hakimin bir az şiddətli qərarlarının şahidi olmuş olarıq. Ümumiyyətlə, bir oyunda  4 qırmızı vərəqə verilirsə, burada müəyyən mənada hakim diqqət mərkəzində olur. Gərək epizodlar tək-tək təhlil oluna və hakimin qərarını nə dərəcə doğru olduğu aşkarlansın. Futbolçunun hətta hakimə qırmızı vərəq göstərməsi futbol adına xoş olmayan hallardı. Bunu da bir sıra səbələri var. Hardasa şəffaflığın itməsi, idman mübarizəsinin ikinci plana keçməsi, “qara əllərin” çempionatın gedişində rol oynaması bu cür hadisələrə gətirib çıxarır.”