Paylaş

“Arıqlamağın təbii yolu kimi bitki çaylarına daha çox müraciət edilir. Amma bunun da öz mənfi tərəfləri var”.

Bu sözləri Kişi Magazine  bitki çaylarının istifadəsi ilə bağlı müsahibəsində dietoloq-endokrinoloq Səlim Əhədov deyib. O bildirir ki, bitki çaylarını içməyə kişilər bir o qədər də meyilli deyil:

“Elə bitki çayları var ki, köpü aradan götürdüyü halda sidikqovucu təsir göstərir. Yaxud da elə bitki çayları var ki, arıqlamaq üçün qəbul edilir. Misal üçün, onların bəziləri iştahı azaldır. Bu iştahı azaltmaqla insanın labüd qidalı maddələri qəbul etməməsinə səbəb olur. İnsan bunları qəbul etmədikdə mənfi fəsadlarla üzləşə bilər. Belə ki, qan təzyiqi, şəkəri aşağı düşə, dəri quruması, saç tökülməsi kimi hallarla qarşılaşa bilərlər. Buna görə də bitki çayı qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşilməlidir. Əgər həkimlə məsləhətləşilmirsə, sadə hesab etdiyimiz bitki çaylarından günə maksimum bir-iki stəkan içmək olar.

Eyni zamanda 10-15 gündən artıq istifadə edilməsi məqsədəuyğun deyil. Bu adi çay dediymiz qara çaydan tutmuş müxtəlif bitkilərin çaylarına aiddir. Bir insan hər gün 2 stəkan yaşıl çay içərsə, ay sonunda sadəcə yaşıl çay içdiyinə görə arıqladığı çəki 700-800 qram olur. Amma bəzən də 1 qram arıqlama fərqi görməyə də bilərlər. Bitki çaylarından kişilərə nisbətən daha çox istifadə edənlər qadınlar olur. Ən çox arıqlama istəyi qadınlarda olduğuna görə piy əritmək, formaya düşmək üçün bu yola əl atırlar”.