Boksçumuz Olimpiadanın gümüş medalını qazanıb

Paylaş

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor final görüşünü keçirib.

64 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor bu dəfə qələbə qazana bilməyib – 1:2.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında gümüş medal qazanıb.