Paylaş

Londonda keçirilən hərrac zamanı Ceyms Bondun `Aston Martin DB10` avtomobili satışa çıxarılıb. Maşın 3,5 milyon dollara satılıb. Maşını anonim şəxs alıb. Avtomobil 4,7 litrlik V8 motoru ilə təchiz olunub. Onun maksimal sürəti saatda 300 kilometrdir. Superkarın salonu əllə yığılıb. Maşında agent 007 rolunu ifa edən Deniel Kreyqin imzası var. Maşının satışından əldə olunan gəlir `Sərhədsiz həkimlər` təşkilatının hesabına köçürüləcək.

“007: Spektr” adlanan filmin rejissoru Sem Mendesdir. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi Deniel Kreyq canlandırıb. Bundan əlavə, filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Vals çəkilib.

Qeyd edək ki, Bond haqqında sonuncu film `Spectre` iki il əvvəl çıxıb və 897 milyon dollar yığıb.

Avtosfer.az