Paylaş

Kişilərə  qadınları  cazibədar göstərən nüanslardan biri də onların arxa hissəsidir. Di gəl ki, bu təkcə cəzibədarlığa yaramır. Sən demə, həmin hissə qadınlara üstünlük də qazandırırmış.

Elm adamları  qadınların yanlarında omeqa 3 yağı topladıqlarını, bu yağ asidinin də beynin inkişafına təsir etdiyini düşünürlər.

Kişi Magazine bu barədə  digər məqamlı məqamları təqdim edir:

Aparılan araşdırmalar böyük popolu qadınların digərinə  nisbətən daha ağıllı olduğunu göstərir.

Pittsburg Universiteti və Kaliforniya Universiteti tərəfindən 2008-ci ildə aparılan araşdırmada böyük yanlara sahib olan qadınların, kiçik olanlara nisbətən daha ağıllı olduğu nəticəsinə gəlinib. Bu araşdırma fərqli yanlara sahib 16 min qadın üzərində aparılıb.

Tək özləri deyil, dünyaya gətirdiyi uşaqlar da daha  ağıllı olur.

Anaların yanlarında və baldırlarında yığılan omeqa 3 yağları uşaqların da beyin inkişafına təsir göstərir.

Böyük  yanlara sahibsinizsə, diabet riskiniz də azalır.

Popoda yığılan yağlar diabet və obez xəstəliklərinin qarşısını alır. Araşdırmacılar yağların bədənin üst hissələrində toplanmasının əvəzinə, aşağı hissələrdə toplanmasını insan oraqnizminə daha faydalı olduğunu deyirlər. Qarın hissədə yağ toplayan insanların obez və diabetə daha yaxın olduqları düşünülür.

Arxa nahiyələrdə səpgilər yarana bilər.

Səpkilər ölü dəri hüceyrələrinin bakteriyalarla birlikdə fəaliyyəti nəticəsində tük köklərində əmələ gəlir. Bunlar dermotoloqlar tərəfindən folikülit olaraq adlanır.

Bədəndəki ən böyük əzələ arxa nahiyədə yerləşir.

Hündürlükdən tullanma ilə məşğul olanlarda bu əzələ daha çox inkişaf edir. Həmçinin daha sürətli qaçmağa da kömək edir.

Arxanı böyütmə əməliyyatlarında daha çox qarın yağlarından istifadə olunur.

Bu əməliyyatlarda qarın hissəsindən alınan yağlar arxaya əlavə edilir. Beləliklə, ehtiyacı olan hissələr yağla təmin olunur. Qarın hissəsi  isə artıq yağlardan xilas olur.

Yan əməliyyatı edənlərin 10%-i kişilərdir.