Paylaş

Sağlamlığınızla bağlı şikayətiniz var? Amma həkimə getməyə vaxtınız yoxdur? Elə isə səhhətinizlə bağlı suallarınızı bizə ünvanlayın, peşəkar həkimlərimiz cavablandırsın. Suallarınız “Sağlam ailə” tibb mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılır.
İndi sizə 1-9 mart tarixində bizə ünvanladığınız sualların cavabını təqdim edirik.

1. Oxucu sualı: Salam həkim. Dodaqların təbii gel vasitəsi ilə böyüdülməsi haqqında soruşmaq istəyirəm. Bunun nə kimi ziyanları yarana bilər sonradan? Ümumiyyətlə, böyüdüldükdən sonra dodaqlar bu görünüşü neçə müddət qoruyub saxlaya bilir?

1. Həkim cavabı: Dodaqların təbii komponentlə böyüdülməsi gialuron turşusu vasitəsə ilə aparılır. Bir yaş dövründən sonra dəri su saxlama qabiliyyətini itirməyə başlayır. Gialuron turşusu isə bunu bərpa edir. Əməliyyatın əks göstəriciləri: allergik reaksiya, anafilaktik reaksiya, dodaqlarda herpes və yaxud akne, autoimmun xəstəliklər, diabet, laxtlanmanın pozulması, hamiləlik və s. İnyeksiyadan sonra bir müddət dodaqların şişkinliyi (suyun birdən yığılması nəticəsində əmələ gələn ödem) müşahidə olunur. bəzən qızartı, bərkimə, hematoma, qaşınma və s.
Effekt 5 aydan -12 ayadək saxlanıla bilər.Mütləq mütəxəssis həkim-kosmetoloqa müraciət etməlisniz.

2. Oxucu sualı: Salam həkim. 23 yaşım var. Boyum 1.55-dir. Deyirlər ki, bu yaşdan sonra boyun təbii yolla uzanması mümkün deyil. Bəs bunun hansı əməliyyatla filan aradan qaldırılması mümkündürmü? Boyumun ən azı 10 sm uzanmasını istəyirəm.

2. Həkim cavabı: Bəli, daha təhlükəsiz sayılan metod İlizarov apparatı ilə həyata keçirilir. Bu üsulla 6-12 sm qədər boyun artması mümkündür. Üsulun metodikası sümüyün distraksiyon osteogenez bacarığında quraşdırılıb.
Əməliyyat vaxtı ilk öncə apparatı quraşdırılır və sümük bir miqdar yarılır. Hər gün aparatın qaykaları ilə 1 mm apparatı burursuz, bunun nəticəsində sümüklər aralanır və osteogenez həyata keçir. Lakin hər bir ayaqda əməliyyat ayrı-ayrılıqda aparılmalıdır. 10 sm boy artımı üçün müddət 100 gündən 6 ayadək uzana bilər. Reabilitasiya dövrenedə nəzərdə tutmaq lazımdı.
Daha ətraflı məlumat üçün mütləq həkim-ortopet-travmatoloqa müraciət etməlsiniz.

3. Oxucu sualı: Həkim, mənim sinəm kiçikdir, ətrafdakılar əməliyyatla böyütdürməyimi deyirlər. Amma hələ qərar verməmişəm. Sizcə sinən böyüdülməsi üçün ən təhlükəsiz üsul hansıdır və bu əməliyyatdan sonra sinələr 5-10 ildən sonra yenə əvvəlki vəziyyətinə qayıdır?

3. Həkim cavabı: Sinəni böyütmək üçün plastik cərrahyənin bir neçə metodikası var. Lipoliftinq, silikon implant, fiziki məhlullarla olan iplantlar mövcuddur. Əzələ altı, areolyar, dərialtı, fassiyaltı və s. üsullar var. Sizn üçün hansı üsulun daha təhlükəsiz olduğunu yalnız həkim baxışından sonra demək olar. Mütəxəssis plastik cərrahiyə sonrası uzunmüddətli ( və yaxud həmişəlik) böyük sinəyə malik ola bilərsiniz.

4. Oxucu sualı: Salam, həkim. Mən hardasa bir ay olar ki, məşqə başlamışam. Ağırılıq qaldırma ilə məşğul oluram, amma əzələlərimdə ağrılar hər keçən gün artır. Əvvəl deyirdilər ki, mütamadi məşğul olduqca ağrılar azalacaq, amma elə olmadı. Bunun səbəbi nə ilə bağlı ola bilər?

4. Həkim cavabı: Əgər Siz öncə idmanla məşqul olmamısınız , bir ay müddət məşq üçün qısa müddət sayılır. Bədəniniz məşq rejiminə hələ öyrənməyib.
Məşq zamanı yaranan ağrının bir neçə səbəbi var. Hərəkət zamanı yaranan laktik turşu əzələlərı qıcıqlandırır və ağrı hissi yaranır.
Məşqin düzgün qurulmadığı nəticəsində isə əzələlərin hissəvi zədələnməsi yarana bilər və bu uzunmeddətli ağrıya səbəb ola bilər.
Digər mütəxəssislərin verdiyi məlumata görə adi insanlarda miofibrillər həm qısa, həm uzun olur. Lakin idmançılarda isə ancaq uzun. Miofibrillərin uzanması nəticəsində ağrı hissi yaranır. Lakin bir müddət sonra yox olur.
Mütləq proffesional bir məşqçiyə müraciyyət edin. Məşq rejimin və həyat tərzinizin bir birinə uyğun olduğuna əmin olun.
Ehtiyac olsa həkim-fizioterapevtə müraciyyət edə bilərsiniz.

5. Oxucu sualı: Həkim, mənim təzyiqim tez-tez düşür. Turş nəsə yeyən kimi, bəzən elə oturduğum yerdə. Müalicənin filanın da nəsə təsiri yoxdu. Siz mənə hansısa bir dərman, yemək məsləhət görə bilərsinizmi ki, davamlı ondan istifadə edim?

5. Həkim cavabı: İlk öncə sağlam həyat tərzi sürməlisiniz. Stress və psixoemosional gərginliydən uzaq durmalısınız.
Düzgün qidalanma, yuxu və gün rejimi, fiziki aktivlik, təmiz havada gəzinti, damarları möhkəmləndirən prosedurlar (massaj, üzgüçülük, kontrastlı duş), pis vərdişlərdən imtina (tütün, spirtli içkilər) və s. Sizə arterial təzyiqinizin normada saxlanılmasında kömək edə bilər.
Bəzi bitkilərin həlimləri damarları tonuslaşdırır: jenşen, yemişan və s. Hal-hazırda hipotoniyanın müalıcəsində qan dövranını stimullaşdıran və damarları tonuslaşdıran bəzi preparatlar istifadə olunur. Lakin bunları qəbul etmədən öncə hipotoniyanın səbəbini araşdırmaq üçün , ilk olaraq mütləq həkim-kardioloqun müayinəsindən keçməlisiniz.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.