Paylaş

Bred Pit Ancelina Coli ilə boşanma prosesində olduğu üçün çox ağır günlər keçirir.

Kişi Magazine xəbər verir ki, cütlüyün yaxınları bildirir ki, 52 yaşlı aktyor ömrünün sonuna qədər Coli ilə yaşayacağını düşünürmüş və o, dostlarına “Bir daha evlənməyəcəyəm” deyib.

Ancelinanın boşanma qərarıyla ağır zərbə alan B.Pit təsəllini valideynlərində tapır. Hazırda övladların müvəqqəti himayədarlığı A.Colidə olsa da, Bred onları qorumağa və yaxud şərikli himayədarlıq almağa qərar verib. O, eyni zamanda Coli ilə barışmağa və ailəni yenidən bir araya gətirməyə çalışır.

Qeyd edək ki, A.Colinin boşanma istəyinin ərinin uşaqlara qarşı kobud davranışı, bir müddət əvvəl 15 yaşlı Meddoksa qışqırması və ona əl qaldırmasından qaynaqlandığı məlum olub.