Paylaş

Aktyor Bred Pitə qarşı cinayət işi açılıb.

Aktyor öz uşaqları ilə kobud rəftarda və onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır.

Hətta ulduzun keçən həftə öz şəxsi təyyarəsində səyahət edərkən əsəbiləşərək uşaqlardan birini vurduğu iddia edilir.

Bəzi mənbələr bildiri ki, Coli məhz ərinin uşaqlara qarşı rəftarına görə ondan boşanmaq istəyib.

Qeyd edək ki, 2005-ci ildə “Mister və Miss Smit” filmində tanış olan cütlüyün 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb.

Axsam.az