Paylaş

Stilist Samiraldo qadınlar üçün yaz-yay kolleksiyası haqqında danışdı. O qeyd etdi ki, bu mövsüm bahalı geyimlərdən maksimum dərəcədə az istifadə edilməlidir:

“2016-cı ilin yaz-yay mövsümündə qarşıq və uyğun gəlməyən rənglər trend olacaq. Daha çox əhval-ruhiyyəli rənglər dəbdə olacaq. Kobud şəkildə olan ayaqqabı və çantalar üstünlük təşkil edəcək. Bu fəsildə gül elementlərindən olan geyimlərə xüsusi yer veriləcək bir şərtlə ki, bu geyimlər ayaqqabı və aksessuarlarla uyğunluq təşkil etməsin. Bu tipli geyimləri dizaynerlər 2016-cı ilin yaz-yay trendi olaraq düşünürlər.
2016-cü ilin yaz-yay mövsümündə gündəmdə olacaq trendlərdən biri də şalvar ətəklərdir. Yay fəslində isə salafan kombinlərə birlikdə güllü aksesuarlar istifadə edilsə daha maraqlı olar. Bahalı geyimlərdən maksimum dərəcədə az istifadə edilməlidir. Geyim nə qədər sadə olsa bir o qədər maraqlı və dəbli görünəcək. Bahalı geyimlər sadəcə olaraq insana ağırlıq gətirir və dəbli bir şey alınmır, çünki bahalı geyimlər heç vaxt dəbdə olmayıb.
Bu il qızıl və mirvarilər dəbdə olmayacaq. Məncə daha çox yumru muncuqlar dəbdə olacaq. Bu aksesuarlarında üst-üstə bir neçəsini istifadə etsələr və bunu sadə bir salafanla kombinə etsələr maraqlı bir görnüş alarlar”.

Stilist qadınların  gündəlik geyimləri barədə də söhbət açdı. O bildirdi ki, gündəlik geyimlərdə hər kəsin öz stili olur:

“İnsan var ki, qısa ətək geyinir və qısa ətək dəbdə olacaq, insan var uzun ətək geyinir və uzun ətək olacaq dəbdə, insan var şalvar geyinir o da olacaq dəbdə, həmçinin kloş ətəklər də buraya aiddir. Hər bir insanın həyat tərzinə və bədən qurluşuna uyğun gələn geyimlər var, kimə necə uyğundursa elə geyinə bilər. Sadəcə düzgün geyinmək lazımdır. Dizaynerlər elə fikirləşibər ki, həm zövqsüzlər , həm də zövqlülər üçün bu ilin geyimləri aktualdır. Yəni zövqsüz geyimlər çox dəbdə olacaq. Burada rənglər uyğun gəlməyə bilər. Ona görə də, hər bir insana necə rahatdırsa o cür də geyinə bilər”.

GSR.fm