Paylaş

Təqdim edəcəyimiz super avtomobilin fotolarına baxanda bunun həqiqətən də «Lada» markalı avtomobil olduğunu ağlınıza da gətirə bilməzsiniz. Fotolarda gördüyünüz heç də xəyal deyil. Deyəsən, maşının yaradıcıları dünyada «bax belə də maşın olar» fikrini təsdiqləmək üçü eksperiment keçirmək istəyiblər. Rusiyada «Lada» istehsalçısı olan «AvtoVAZ» şirkəti nəzərdə tutulan «supercarları» hələ də tam olaraq istehsal etməyib.

lada2

Deyilənə görə, «Lada»nın yeni nəzərdə tutulan modeli 90-cı illərin ortalarında dəbdə olan «KİA» avtomobilinə daha çox bənzəyir, nəinki 21-ci əsrin avtomobilinə. Nəzərdə tutulan “Lada Raven” konsepsiyası rusiyalı dizayner Dmitri Lazarevə məxsusdur.

“Lada Raven” konsepsiyasının özəlliyi olan iri ön radiator barmaqlığı, qabarıq təkər tağlarıdır. Bütün bunlar onu digər «Lada» modellərindən fərqli edir. Texniki xarakteristikası haqqında isə hələ heç nə söylənilmir.

lada3

Avtosfer.az