Paylaş

Bu gün Avropa Çempionatının 1/4 final mərhələsində Belçika və Uels komandaları arasında görüş keçiriləcək.

Bu barədə idman şərhçisi Rövşən Binnətli  müsahibə verib. O bildirib ki, Belçika komandasının heyəti güclüdür:

“Belçika komandasında 23 nəfərlik heyətin 11 futbolçusu İngiltərə Premyer Liqasında çıxış ediblər. Özü də İngiltərənin aparıcı klublarında oynayan futbolçulardır. Təsadüfi deyil ki, Belçika FİFA-nın reytinqində ilk sıralarda olan komandadır. Həm də onların 1/8 finalda Macarıstan komandası ilə nümayiş etdirdiyi oyun göstərdi ki, bu komandanın adını iddialılar sırasında çəkənlər səhv etmirlər. Uels Britaniya futbolunu nümayiş etdirən komandadır. Amma Uels müəyyən dərəcədə daha çox beynin güclü oyunundan asılı olan komandadır. Düşünürəm ki, bu mübarizədə Belçika üstün olacaq və yarımfinala adlayacaq”.

GSR.fm