Paylaş

Yalnız qadınlar fit bədən quruluşu üçün çalışmır. Kişilər də sağlam həyat tərzi üçün idman zallarında vaxt keçirir, az kalorili qidalanmağa çalışırlar.
Kishi.az Aile.lent.az-a istinadən qarnını və artıq çəkisini dərd edən kişilərə uyğun pəhriz proqramı təqdim edir.
İki ay davam edən pəhriz sayəsində 8 kilo arıqlaya bilərsiz.

Gündəlik qəbul ediən kalori miqdarı 1600-1800 olmalıdır.

Çay, qəhvə, tərəvəz, meyvə suyu içə bilərsiz, ancaq şəkərsiz.

Gün ərzində 250 ml-dən çox spirtli içki qəbul etmək olmaz.

Gün ərzində 1 ədəd meyvə, qoz, fındıq, quru meyvələr yemək olar.

Salatlara limon suyu, ədviyyat və sirkə əlavə edin.

Qaynadılmış, buxarda bişirilmiş yeməklər yeyin.

Qızardılmış, hisə verilmiş, yağlı ət, təzə xəmir xörəkləri, mayonez, kərə yağı yeməyin.

Pəhrizə dəqiqliklə əməl etməklə istədiyiniz nəticəyə nail ola biləcəksiz.

Səhər yeməyi üçün nümunələr:
Bir dilim pendirli, tərəvəzli sendviç (toyuq filesi də əlavə edə bilərsiz)

Dəniz məhsulları

Toyuq, ya balıq dilimi ilə tərəvəz salatı

2-3 yumurtadan hazırlanmış qayğanaq, bir ovuc konservləşdirilmiş yaşıl noxud

Balıq kotleti, göbələk, bir dilim qara çörək və 100 ml meyvə suyu

Qaynadılmış makaron, təzə xiyar və göyərti

Bir tikə balıq, kartof və 100 qr qatıq

Pörtdədilmiş, ya da buxarda hazırlanmış tərəvəz

Şəkərsiz, ya meyvəsiz sıyıq

Bir dilim pendirlə çörək

1 yumurta, qreypfrut

Pendir, tərəvəz

Meyvə salatı və yoqurt

Qatıq, kəpəkli çörək dilimi, 2 çay qaşığı bal

Günorta yeməyi üçün nümunələr:
Pendir, vermeşil, göbələk, soğan, tərəvəz, yağsız lobya, balıq, turş kələm, turşəng, gicitkən, toyuq bulyonundan hazırlanmış fərqli suplar.

Toyuğun döş əti və qabıqlı kartof

Göbələk və qaraciyər, 2 ədəd pomidor

Toyuq və spagetti, tərəvəz salatı

Bir parça balıq, tərəvəz

Kələm dolması

Ət və tərəvəz salatı

Qatılaşdırımış süd, meyvə və baldan hazırlanmış salat

Bibər dolması

Ət və qarabaşaq

Mal əti, pomidor, sarımsaq, göyərti salatı

Düyülü kotlet

Qəlyanaltı nümunələri:

Qatıq, ya da digər süd məhsulları

Tərəvəz, ya da pendirli bir dilim çörək

Qaynadılmış yumurta

Qayğanaq, pomidor, bir dilim qara çörək

Tərəvəz salatı, buğda çörəyi, yağsız “vetçina”

Meyvə, tərəvəz, ya da giləmeyvə

Çərəzlər

Axşam yeməyi nümunələri:

Dəniz məhsulları. Sendviç : yağsız pendir, toyuq, ya da balıq, yağsız vetçina (əti tərəvəzlə əvəz etmək olar), qara çörək

Limon suyu və qreypfrutlu balıq

Təzə tərəvəzlərdən salat

Balıq, ya toyuq filesi

Lobya, pendir, 2 dilim çörək, 1 alma, qatıq

Makaron və tərəvəz salatı

Buxarda bişirilmiş tərəvəz

Pomidor, pendir, turp

Konservləşdirilmiş yaşıl noxud, xiyar, pendir və kələm salatı

Bifşteks və bir dilim çörək

Bu pəhrizlə yanaşı futbol oynamaq, ya da saatda 10-12 km qaçmaqla 450 kalori, 30 dəqiqə basketbol oynamaqla 280 kalori yandıra bilərsiz. Pəhrizi yarımçıq buraxdınızsa, bir də 4 ay sonra təkrarlaya bilərsiz.