Paylaş

Elm və texnologiyanın inkişafı nəhayət ki, insanabənzər robotu da ərsəyə gətirdi. Yenilikləri ilə daim təəccübləndirməyi bacaran yapon mühəndislər bu dəfə insana xas hissləri olan robot icad ediblər.

Gah sevinən, gah hirslənən, gah da kədərlənən robot izləyən hər kəsi heyrətə salır. Yapon mühəndislər bir neçə ay ərzində robotun daha da təkmilləşdirməyi planlaşdırırlar. Bu zaman yeni robotlar qarşısındakı insanın gözlərinə baxıb onun nə hiss etdiyini anlaya biləcək, sahibi qəmli olduğunda onun əhval-ruhiyyəsini qaldırmaq üçün əlindən gələni əsirgəməyəcək, zarafatlar edəcək, və ya sadəcə qarşısındakı insanın dərdini dinləyərək onunla birlikdə kövrələcək.

Xatırladaq ki, mütəxəsisslər yaxın 15 il ərzində robot  satıcıların, müəllimlərin, sürücülərin həyatımızın bir hissəsinə çevriləcəyi haqda da proqnozıla çıxış etmişdilər. Onlar robotların nəinki danışacağı, hətta insana xas hissləri də biruzə verə biləcəklərini, sevib, nifrət edib, ağlayacaqlarını dilə gətirmişdilər.  Deyəsən mütəxəsisslərin fikirləri artıq reallığa çevrilmək üzrədir. (Atv.az)