Paylaş

Son günlər temperaturun daha da  yüksək olduğu yay günləri müşahidə olunur. Bu günlər bütün insanlar əsasən də  ürək xəstəliyi olan insanlar diqqətli olmalıdırlar.

Kardioloq Məlakə Məmmədova ürək xəstəliyi olan şəxslərin isti yay günlərin günəş şüalarından necə qorunmalı olduqları barədə Kishi Magazine-ə müsahibə verib:

“Ürək xəstəliyi olan və ya adi insanlar çalışmalıdırlar ki, birbaşa düşən günəş şüaları altında qalmasınlar.  Qalmaq məcburiyyətində olsalar belə bu qısa müddətdə olmalıdır. Ürək xəstəliyi olanlar periodik olaraq müayinədən keçməlidirlər. İsti havalarda maye itkisi çox olduğuna görə susuzlaşma baş verir. Bu proses də qanın qatılaşmasına səbəb olur. Nəticədə ürək xəstəliyi və damarlarında problem olan xəstələrdə infakt riski yüksəlir və pis problemlərə yol açır. Həmçinin həmin xəstələrdə ürək-damar xəstəliklərinin daha da artmasına səbəb olur.

Susuzlaşma ürək xəstəliyi olmayan insanlarda isə ümumi halsızlıq, zəiflik və  təzyiqin aşağı düşməsi kimi  halların yaranması isə nəticələnir. Ümumiyyətlə xəstələrə və bütün insanlara günün daha isti saatlarında bayıra çıxmamaqları məsləhət görülür. Xəstələr eyni şərtlər əsasında qorunmalıdır. Bəzi xəstələr var ki, ürək xəstəliyinin olduğunu heç bilmir və ilkin olan problemlərlə üzləşirlər.  Bu da  onların orqanizmdən maye itirməsinə və ürək problemi olarsa daha da artmasına səbəb olur” .