Paylaş

Bilmədən gündəlik etdiyiniz vərdişləriniz sizi gündən-günə öldürə bilər.

Kishi.az aile.lent.az-a istinadən sağlamlığa zərər verərək insan ömrünü qısaldan vərdişləri təqdim edir.

Kompüter istifadəsi. Kompüter həyatımızın əsas hissəsini təşkil edir. Ancaq bu vərdişimiz sağlığımıza zərər verir. Ekran parlaqlığı göz yorğunluğu və baş gicəllənməsinə səbəb olur. Bu da insanı tez qocaldır.

Uzun müddət isti duş qəbul etmək. Duşdan aldığımız zövqü artırmaq üçün çimmək müddətini uzatmaq bir sıra dəri problemlərinə səbəb olur. Xüsusən də qış aylarında dəri quruluğa daha meylli olduğu üçün duş altında çox qalmaq dərinin qoruyucu lipid təbəqəsinin pozulmasına səbəb olur. Dəri tökülməsi və qızartılarla ekzema problemi ortaya çıxır.

Saç qurutmaq. Saçları fenlə tez-tez qurutmaq sağlamlığa zərər verir. Elektromaqnit şüalar yayan fen saçın toxuma hüceyrələrinin kimyəvi tərkibini pozur, hüceyrədəki iri molekulların zərər görməsinə, hüceyrə pərdələrinin bir-birinə yapışmasına, hüceyrə ion nizamının, sinir sisteminin pozulmasına, yuxusuzluq, baş ağrısı və gicəllənməyə səbəb olur. Bütün bunlar hafizə itkisi, sinir və həzm pozuntuları, immunitet sisteminin zəifləməsi kimi fəsadlara yol açır.

Qələm dişləmək. Çoxumuz stressli zamanlarımızda əlimizdəki qələmi dişləyirik. Ancaq bu vərdişimiz dişlərimizə zərər verir.

Günəş kremi sürtməmək. Bayıra çıxarkən günəş kremi vurmamaq zərərlidir. Bu krem dərimizi sadəcə günəş şüalarından qorumur, həm də insanı gənc göstərir.

Az su içmək. Gündəlik su ehtiyacından çox az su qəbul etmək dərimizdə mənfi nəticələrə yol açır. Toksinlərin atılması üçün su kifayət etmir. Toksinlər də bədəndən atılmadığı halda dəri tutqun görünür, qırışlarda artım olur.

Sürətli qaçmaq. Bu cür qaçmaq daha çox dizlərdə hiss edilən artrit probleminə yol açır.

Limon yemək. Bu, yanlış bir şey deyil. Ancaq limonda olan turşu diş minasına ziyan vurur. Miqdarında yemək lazımdır.

Popcorn. Film izləyərkən sevə-sevə yeyilən popcorn dişlərə zərər verir. Dişlərinizin arasına sıxışıb qalır və infeksiyalara yol açır. Sərt quru çərəzlər yeyərkən də diqqətli olun. Dişlərinizi sındıra bilərsiz.

Sızanaqları sıxmaq. Sızanaqları sıxmaq asan həll yolu hesab edilsə də, doğru bir şey deyil. Əsasən burun bölgəsində olan sızanaqların sıxılması beyin pərdəsində iltihaba səbəb olur.

Yatağa corabla girmək sadəcə dəri hüceyrələrini deyil, beyin hüceyrələri də daxil olmaqla bədəndəki hüceyrələrin hava alıb-verməsinin qarşısını alır.