Paylaş

Vitiliqo xəstəliyi  qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan “melanin” adlı xüsusi piqmentin azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Vitiliqo xəstəliyinin  yaranma səbəbi məlum deyil. Dünya miqyasında hələ də bunun səbəbini araşdırırlar. Hələ ki, aydınlaşdırılmayıb”.

Derma-kosmetoloq Jalə Həsənova isə  Kishi.az-a Vitiliqon dəri xəstəliyi haqqında danışarkən deyib:

“Vitiliqoanın müvəqqəti sağaltmaq və gedişatının qarşısını almaq olar. Ona görə də, xəstəni araşdırmaq lazımdır. Şübhəli daxili problemini aydınlaşdırmaq lazımdır. Ona qarşı mübarizə təyin olunmalıdır. Bu xətəlik əsasən açıq səthlərdə olur. Buna görə də, belə insanlar günəşdən qorunmalıdır. Xüsusi günəş kremləri olur. Vitiliqoalı xəstələr günəş kremlərin spf faktoru yüksək olanlarından istifadə etməlidirlər. Günəşdən nə qədər uzaq qaçsalar, o qədər ləkələrin artmasının qarşısını alarlar”.