Paylaş

Nələrdənsə asılı olmağı sevən insanlar maddə asılılığına hələ yüz illər əvvəl siqaretlə başlayıblar. Bunun səbəbi olaraq isə bir çox inanclar var. Bunlardan ən başlıcası “dünya dərdlərindən qurtulmaq” kimi inanılması asan olan bəhanələr olur.

Hazırda da ən geniş yayılan maddə asılılığı kimi siqaret asılılığı hesab olunur.

Siqaretdən az və yaxud çox istifadə etməyin fərqi yoxdur. Hər iki halda ziyanlıdır. Siqareti gündə bir ədəd də çəksəniz, bir paket də çəksəniz yenə də sağlamlığa zərərlərini göstərmiş olar.

Həm də bu asılılıq təktərəfli ziyan vermir, həm də tüstüsü ətrafda olanlara ziyan verir.

Xoşbəxtlikdən bu müalicə edilə bilən xəstəlikdir. Siqareti çəkməyi tərgitmək asan olmasa da,  onun sağlamlığa ziyanlarını, tüstüsünün əmələ gətirdiyi xəstəlikləri sadalamaq bu işdə az da olsa, müsbət təsirə malikdir. Siqaret tüstüsü aşağıdakı xəstəliklərin inkişaf etməsinə səbəb ola bilir:

  • astma
  • xroniki bronxit
  • allergik rinit
  • koroner ürək xəstəliyi
  • hipertoniya
  • ateroskleroz
  • ağciyər xərçəngi

Məhz bunları bilməklə bir az iradəli olmaqla bu vərdişdən xilas olmaq olar.