Paylaş

Hindistanın Mavlinnonq kəndində uşaqlar analarının soyadını daşıyır, evləndikləri zaman oğlanlar qızın evinə köçür, bir sözlə burada anaxaqanlığı hələ də davam edir.

Kishi.az Qafqazinfo-ya istinadən xəbər verir ki, alman fotoqraf Karolin Klüppel 6 ay müddətində bu kənddə yaşayıb və bu müddətdə “Qızlar ölkəsi” adlandırdığı məkandan fotoreportaj hazırlayıb. Klüppel açıqlamasında bu cür cəmiyyətin qızlara fərqli bir özünəinam, güc qazandırdığını deyib:

“Onların kültür və mədəniyyətindən klassik sənədli film hazırlamaq istəmədim. Çəkdiyim bütün şəkillərdə qızların özünə inamını göstərməyə çalışdım. Dünyada nadir rast gəlinən anaxaqanlığının hökmranlıq etdiyi bu kəndin adətlərinə görə, ailənin sərvəti evin ən kiçik qızına qalır. Uşaqlar analarının soyadını daşıyır. Bundan başqa, evlilikdən sonra bəy gəlinin evinə köçür və gəlinin ailəsi ilə birlikdə yaşayır. Bu cəmiyyətdə qız uşağına sahib ola bilməyən ailələr uğursuz hesab olunur”.

Fotoqrafın Mavlinnonq kəndində çəkdiyi bəzi fotoları sizə təqdim edirik:

4460 255879 328717 431776 575191 611024 781282