Paylaş

“Oruc tutmağın orqanizmə böyük xeyirləri var. Orucluq təmizlənmək deməkdir”.

Bu sözləri Kishi.az-a Diyetoloq terapevt Ləman Süleymanova oruc turmağın orqanizmə təsiri barədə danışarkən deyib. O bildirib ki,  orucluğun özünün də qayda-qanunları var.

“Səhər tezdən duran insan gündəlik suya, qidaya olan təlabatını mütləq almalıdır. Səhər yeyilən qidalar elə yeməklər olmalıdır ki, səhərdən iftara qədər qidaya olan təlabatını ödəsin. Xüsusilə aktiv iş adamları var ki, oruc tutan zaman onlara çətin olur. Belə aktiv iş görənlərə səhər yeməyi vacibdir. Ümumiyyətlə adi qidalanmada belə səhər yeməyi vacibdir. Çünki səhər yeməyi insanları gün ərzində yüksək enerji ilə təmin edir. İmsakda duzlu qidalardan, duzlu pendirdən, duzlu şorabalardan uzaq durmaq lazımdır. Çünki duzlu qidalar susuzluq yaradır. Həftənin 3-4 günü susuzluq yaratmayan meyvə-tərəvəz , təbii meyvə şirələri ilə qidalanın. Qalan 2-3 günün isə zəngin səhər yeməkləri olan duzsuz pendir, yumurta, çörək ilə qidalanın. Çalışın çay əvəzinə bol su için. Çünki gün ərzində suya təlabat daha çox olur. Suya olan təlabatınızı imsak vaxtı bol su içməklə ödəyin. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlara bol su içməyi tövsiyə edirəm.

Axşam iftar su ilə açılmalıdır. İlk olaraq sulu yeməklər ilə qidalanmaq lazımdır. Birdən-birə deyil, yavaş-yavaş yemək lazımdır. Daha sonra quru yeməklərə keçə bilərsiniz. Quru yeməkləri də az-az yesələr daha məsləhətlidir. Elə insalar var ki, iftardan səhər imsaka qədər yemək yeyir. Bu, düzgün deyil. Xüsusilə alterial təziqi, şəkərli diabeti yüksək olan insanlarda təziq, şəkər qalxanda şok keçirdə bilərlər. Bu kimi xəstəliyi olan insanlar axşam saatlarında həddindən artıq maye qəbul etməməlidirlər. Hətta elə insanlar var ki, duzgün oruc tutmurlar. Onlar səhər imsaka durmurlar, gün ərzində ac qalırlar və iftar vaxtı qeyri-düzgün qidalanırlar. Bu dini baxımdan da düzgün deyil”.