Paylaş

Səyahət planınızı etdiniz, bileti aldınız, otel qeydiyatınız da hazırdır. Tətilə çıxmaq və özünüzü dənizə, isti qumun üzərinə ya da təbiətin qoynuna atmaq üçün səbirsizlənirsiniz. Bəs yaxşı işin çamadan hazırlamaqq hissəsi? Yoxsa siz də əşyalarınızı yola çıxmadan iki saat əvvəl yığan, hər şeyi özünüzlə götürməyə çalışarkən ən lazımlı olanını evdə unudanlardansınız? Bəlkə də çamadan hazırlamaq sizə çətin gəlir, gözünüzdə böyüyür və ya yalnız işin içindən çıxmaya da bilərsiniz.

O zaman çamadan hazırlamaq üçün bu qeydlərimiz sizi çox xoşbəxt edəcək!

İlk addım çox sadədir. Daşıyacağınız çamadanın ölçüsün diqqətli seçməlisiniz! Əgər uzun müddətli səyahət planlamamısınızsa mütləq kiçik ölçülü çamadanları seçin. Beləcə hər şeydən əvvəl özünüzü lazımsız yüklərdən xilas etmiş olarsınız. Əgər təyyarə səyahəti planlamısınızsa, çamadanı kabinetə almaq həm çamadanın itmə riskini azaldar, həm də təyyarədən düşəndə boş yerə gözləməmiş olarsınız. Yenə də mütləq ki, böyük ölçülü çamadan götürəcəm deyirsinizsə, çamadanınıza əlaqə nömrənizi taxmağa laqeyd yanaşmayın!

Gələk hazırlıq hissəsinə.. Bu anda edəcəyiniz ilk şey “çamadan yığmaq listi” hazırlamaqdır. Hər qeydə “buna həqiqətən ehtiyacım var mı?” sualını verin. Çamadanı yığarkən öncə ən lazımlı əşyalarınızı götürün. Əgər onları yerləşdirdikdən sonra əgər hələ də yer qalırsa artıqdan bir neçə əşya əlavə edə bilərsiniz.
Yanınızda götürəcəyiniz əşyaları bir kənara qoydunuzsa artıq çamadana yerləşdirə bilərsiniz. Əvvəlcə geyimlərinizdən başlayın. Qalın parçalı ya da ağır geyimlərinizi ən alta qoyun. Paltarların mümkün olduqca düzgün qatlanmasına diqqət edin. Tətil etməyi planladığınız gündən 1-2 gün daha çox geyim və alt paltarı götürməyiniz gözlənilməz hallarda geyimlə bağlı problem yaşamayacağınıza səbəb olar.

Geyiminə çox həssaslıqla yanaşan kişilər, yanınızda  paltarınıza  uyğun ayaqqabı aparmaq istədiyinizi çox yaxşı başa düşürük, ancaq uzun müddətli tətil planlamırsınızsa, çamadanın ölçüsünə uyğun olaraq 1-2 ayaqqabı ilə kifayətlənməyə çalışın! Ayaqqabılarınızı bütün paltarlanızı yerləşdirdikdən sonra ən üstə qoyun. Bir də ən üst hissəyə əvvəl istifadə edəcəyiniz əşyalarınızı yerləşdirin. Pijama, dəsmal kimi əlinizi atan kimi tapmaq istədiyiniz əşyalarınızın ən üstə olması sizin üçün rahat olacaq.

Gigiyenik vasitələrin çoxunun artıq səyahət üçün ölçülərinin olduğunu unutmayın. Bu vasitələrin daha kiçik ölçülü olması çamadanda qarışıqlığı aradan qaldıracaq. Hamısı bir yerdə çox yer tutursa, hissə- hissə çamadanın fərqli hissələrinə yerləşdirsəniz əlavə yer də yarada bilərsiniz.

Digər məsləhətimiz isə çamadanın bütün hissələrini, cib və zəncirbənd yerləri maksimum dərəcədə dəyərləndirin. O kiçik hissələrə nə qədər çox əşya yerləşdiyini görəndə heyrətlənəcəksiniz!

maxresdefault

Hər səyahət üçün gigiyenik vasitələrlə yanaşı yanınızda aparacağınız vacib əşyaların olduğunu da xatırlatmaq istərdik. Bunların ilki ağrıkəsici kimi vacib anlarda lazım olan dərmanlardır. Əgər mütəmadi olaraq istifadə etdiyiniz dərmanlar varsa, onları götürməyi unutmayın. Digəri isə elektrik cihazlar üçün enerji alətləridir. Xüsusən də telefonunuz üçün olan. Tətildə dincəlməyə və əylənməyə ayıracağınız vaxtı enerji alətini axtarmağa sərf etmək heç lazım deyil.

Bəzi əşyaları çamadanda deyil, əl çantanızda saxlamaq lazım olduğunu unutmayın. Pul kisəsi, passport, nəğd pul və telefonunuz kimi vacib əşyalarınızı mütləq əl çantanızda saxlayın. Elektroniz cihazlarınızı, fotoaparatınızı, varsa notbukunuzu və ya qiymətli əşyanızı xəsarət görməməsi üçün mütləq əl çantanızda aparmalısınız.

Son olaraq, əgər təyyarə səyahəti edəcəksinizsə, çamadanınızın yoxlanış üçün açıla biləcəyini unutmayın. Buna görə də əşyalarınızı mümkün olduğu qədər səliqəli yəğın ki, çamadan açıldıqda əşyalarınız yerə tökülməsin.

Bütün dediklərimizi və məsləhətlətimizi tətbiq etdinizsə, çamadan hazırlamaq sənəti üzrə artıq təcrübəli biri olaraq, qüsursuz hazırlıq ilə səyahətə çıxa bilərsiniz. İşin yorucu hissəsi bitdiyinə görə tətilin həzzini doyunca yaşayın!

Mənbə: blog.bavul.com