Paylaş

“AFFA-da olan ən böyük çatışmazlıqlardan biri ölkə çempionatımızın istənilən səviyyəyə çatmaması, rəqabətin tam istədiyimiz səviyyədə olmamasıdır”.

Bu sözləri Azərbaycan futbolunun bu gününü dəyərləndirən idman şərhçisi Rövşən Binnətli deyib:

“Çox istəyərdik ki, çempionluq uğrunda iki yox dörd, beş, altı komanda mübarizə aparsın. Məsələn, yaxın keçmişə nəzər salsaq “Xəzər-Lənkəran” hansı səviyyədən hansı səviyyəyə enib, bunu biz həmçinin “Bakı” klubuna da aid edə bilərik , hansı ki, indi çox acınacaqlı vəziyyətdədir. “İnter” ən yaxın keçmişlə müqayisədə həm maliyyə cəhətdən, həm də oyun səviyyəsi baxımından geriləyib. Tamaşaçıları stadionlardan kənar salan başlıca amillərdən biri oyunlarla pərdə arxası söhbətlərin çox geniş vüsət almasıdır. Bunların qarısını almaq istiqamətində addımlar atılsa, bu həm futbolumuzun xeyrinə olar, həm də yeni seçilən prezident Rövnəq Abdullayevin fəaliyyətinə çox müsbət təsir göstərmiş olar” .

GSR.fm