Paylaş

Cenifer Lopez “People” jurnalına müsahibə verib.

Müğənni irəliləyən yaşına baxmayaraq belə görünüşə sahib olacağını xəyal belə etməyib:

“Bir işə başlayanda hər şeyin bir gün sona çatacağını düşünürsüz. Bu yaşımda belə görünüşə sahib olacağımı ehtimal etmirdim. Hər ötən il mənim üçün bir təcrübədir. Keçmişə nəzərən indi daha çox həyata bağlıyam. Belə cavan qalacağımı düşünmürdüm”.

Qeyd edək ki, Lopez “Epic Recordings” şirkəti ilə yenidən əməkdaşlığa başlayıb.

Xatırladaq ki, 46 yaşlı pop ulduz “American Idol” musiqi müsabiqəsinin münsifidir , “Shades of Blue” adlı serialında rol alır.

“Qafqazinfo”