Paylaş

Qol.az-ın məlumatına, bu barədə məşhur Goal.com saytı yazıb. Sayt qeyd edib ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı şəhəri Çempionlar Liqasının final matçının keçirilməsi üçün məkan ola bilər. Sayt Bakı Olimpiya Stadionunun da bu turnirə layiq arena olduğunu yazıb.

AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı sözügedən sayta açıqlama verib. O, gələcəkdə ÇL-in finalının Bakıda keçirilməsini istisna etməyib:

“İndi bizim 68 min tamaşaçı tutumuna malik stadionumuz var. Bu, regionda ən böyük stadiondur. Onda nəyə görə Avropa Liqası və ya Çempionlar liqasının final matçlarının keçirilməsinə namizəd olmayaq?”.

Sayt yazıb ki, Bakının mövqeyinin dünya idman xəritəsində gücləndirilməsi Avropa futbolunun ən mühüm matçlarının məhz bu şəhərdə keçirilməsi ehtimalını artırır.

Qeyd edək ki, “Avro-2020″nin final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.