Paylaş

Cennifer Lopezin keçən həftə Mərakeşin Rabat şəhərində verdiyi konsertin əks-sədalara hələ də davam edir.

Kİshi.az anspress.com-a istinadən xəbər verir ki, 45 yaşlı amerikalı ifaçının Mavazine Festivalı çərçivəsində verdiyi və TV-də də yayımlanan konserti ölkəni ayağa qaldırıb. O, milli televiziya vasitəsilə yayımlanan konsertdə həddindən çox açıq-saçıq rəqslər etməkdə və dar kostyumlar geyinməkdə ittiham olunur. Mərakeşdə bir qrupun iddiasına görə Lopez səhnədə nümayiş etdirdiyi şou və geyindiyi paltarlarla “qadınlıq ləyaqətini” ləkələyib. Ölkə mətbuatı Lopezin səhnədə göstərdiyi rəqslərini “açıq-saçıq, fitnəkar” deyə səciyyələndirib.

Cennifer Lopez Mərakeşdə ictimai asayışı pozduğu üçün 2 illik həbs cəzası ala bilər.

6b05e8caa69f 93ee6c563df3 423fbbfbfcc5 998fa436e019 5666943f98a7 a6ff6631018a f086c0c620a8 fe29200bcb63