Paylaş

Müğənni Cennifer Lopez Las-Veqasda “All I Have” adlı konsert verib.

Kishi.az-ın axşam.aza istinadən məlumatına görə, səhnədə bir neçə obrazda görünən ifaçı konsertdən sonra partiyə qatılıb. O, gecədə rəqqas sevgilisi Kasper Smartla birgə görünüb.

Bu yaxınlarda plastik əməliyyat etdiyi deyilən 46 yaşlı Cey Lonun K.Smartla münasibətlərinin rəsmiləşdirilməsi də gözlənilir. Kasperin bütün evlilik təkliflərini qəbul edən pop ulduz ondan düşünmək üçün zaman istəyib.

Qeyd edək ki. bu Cennifer Lopezin dördüncü evliliyi olacaq. O, 1997-98-ci illərdə kubalı Ojani Noayla, 2001-02-ci illərdə rəqqas Kris Cuddla evli olub. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2002-ci ildə nişanlanan cütlüyü media “Bennifer” adlandırırdı. 2003-cü ilin sentyabrında toylarından bir gün əvvəl isə mərasimi təxirə salıblar. 2004-cü ildə dostu, müğənni Mark Entoni ilə sevgili olan Cey Lo həmin ilin iyununda ailə qurub. Əkiz uşaqları olan cütlük 2012-də boşanıb.