Paylaş
Yeni modelə dörd pilləli müasir “Super Matic 4L75-E” sürətlər qutusu da əlavə edilib

“Chevrolet” şirkəti “Chevelle Slammer” layihəsində müxtəlif dövrlərə aid ən yaxşı modellərini birləşdirmək qərarına gəlib.

Kişi Magazine Avtosfer.az-a istinadən xəbər verir ki, yeni konsept 1969-cu il istehsalı olan Chevelle modelinin orijinal kuzovunun bazasında yığılır. Kapotun altına müasir mühərrik təchiz edilib.

Amerikalı mütəxəssislər Corvette modeli üçün nəzərdə tutulmuş LT1 mühərrikindən istifadə ediblər. Aqreqat 535 at gücü hasil edir. Bundan başqa yeni modelə dörd pilləli müasir “Super Matic 4L75-E” sürətlər qutusu da əlavə edilib.

Avtosfer.az