Çiçəklərinizi belə dekorasiya edin

Paylaş

Kişilərin gül sevmədiyi heç də həqiqəti əks etdirmir. Əslində kişilər də evində dibçəklərin, güllərin olmasını xoşlayır. Evinizi çiçəklərlə dekorasiya etdiyiniz zaman evin havasını tamamilə dəyişdirə bilərsiniz.

Evdə çiçəklərinizi dekorasiya etmək üçün bu məsləhətlərdən faydalana bilərsiniz:

Çiçəklərinizi vazoya qoymamışdan əvvəl vazodakı suya bir neçə damcı vodka və bir çay qaşığı şəkər qarışdırıb töksəniz çiçəkləriniz daha uzunömürlü olacaq.  Çiçəkləriniz solmağa başladıqda isə suya vodka əlavə edə bilərsiniz. Beləcə çiçəkləriniz 2 gün daha çox qalacaq.

gul

Orkide son dərəcə zərif çiçəklərdir və gündəlik su ehtiyacları digər çiçəklərə nisbətdə olduqca azdır. Gündə bir buz kupu dibçəyinizə qoyaraq su problemlərini həll edə bilərsiniz.

gul1

Güllərinizi qoyduğunuz vazoları limon və portağal dilimləri ilə bəzəyə bilərsiniz. Bunun üçün biri böyük, biri kiçik iki saxsı vazonu iç içə yerləşdirin və arada qalan boşluğa limon dilimləri yerləşdirin, su ilə doldurun. İçəridə olan kiçik vazonu su ilə doldurun və içərisinə çiçəklər qoyun.