Paylaş

Əgər hələ də çimərlik şortunu almamısınızsa bu yazı sizin üçündür.

Kishi Magazine çimərlik şortu alarkən nələrə diqqət etməli olduğunuzu sizin diqqətinizə çatdırır.

Çimərlik şortu seçmək üçün dəniz geyim firmaları yaxşıdır. Çimərlik şortu alarkən ilk diqqət etməli olduğunuz şey parçanın növüdür. Parça çox qalın və ya çox incə olmamalıdır. Çimərlik şortları diz qapağının üstündə qalacaq şəkildə seçilməlidir. Yaş xüsusiyyətlərinə görə bu uzunluq arta bilər. İdeal çimərlik şort uzunluğu isə diz qapağının bir neçə santimetr yuxarısında olmalıdır.
İndiki vaxtda bir çox rəng, model və naxışda çimərlik şortları istehsal edilir. Şortu yay dəbinə uyğun da seçə bilərsiniz. Bəzi çimərlik şortlarının gizli cibləri olur. Bu ciblər çimərlikdə çox vaxt keçirirsinizsə köməkçiniz olacaq. Alacağınız şortun kəmər hissəsinə də diqqət etməlisiniz. Şortun kəmər və iplərinin möhkəmliyi alınan zaman test edilməlidir. Əgər tikiş sökülübsə almayın. Çimərlik şortunuzu keyfiyyətinə etibar etdiyiniz geyim firmalarından almalısınız.
Şort seçimində rənglərə də diqqət etməlisiniz. Həddindən artıq isti havada rəng dəyişməsi olduğuna görə tünd rəngli şortların rəngi solur. Bunun üçün tünd tonlardakı dəniz şortlarını üzərində açıq rəng naxışlı olanlardan seçsəniz uzunmüddətli geyinə biləcəksiniz. Çimərlik  şortlarının ən yaxşısı son illərdə istehsal olunan sürətli qurumaq xüsusiyyətinə sahib olan sortlardır. Bu şortlar dənizdən çıxdıqda quruma əməliyyatı daha sürətli olduğu üçün üstünlük verilir.

nasilkolay.com