Paylaş

Tibbi cəhətdən tam sübut edilib ki, müəyyən günlər orqanizmimiz digər günlərə nisbətdə daha aktiv olur. Bu aktivlik isə həm iş, həm də şəxsi həyatda özünü biruzə verir. Şəxsi həyat dedikdə isə əlbəttə ki, qarşı tərəflə olan əlaqəmiz, intim münasibətimiz də nəzərdə tutulur.
Son dövrlərdə texnologiyanın inkişafı nəticəsində yaradılan yeni proqramlar isə bu mövzuda cütlüklərin işini daha da asanlaşdırıb. Bu tətbiqetmələr vasitəsilə indi evli cütlüklər cinsi münasibət üçün ən ideal zamanı müəyyənləşdirir, hansı vaxt cinsi əlaqədə olmağın övlad sahibi olmaq üçün daha məqsədəuyğun olduğunu əvvəlcədən bilirlər.
Belə faydalı tətbiqetmələrdən biri də “Kindara” nın yaradıcısı William Sacks və onun komandası tərəfindən hazırlanıb. Bunun üçün 22 ay ərzində müxtəlif araşdırmalar aparılıb. İndi həmin araşdırmaların nəticəsini sizə təqdim edirik.
Təcrübələrdə iştirak edən cütlüklərin fikrincə, cinsi əlaqə üçün ən uyğun vaxtlar qış tətillərinə təsadüf edir.
* Yeni il və ondan sonrakı bir həftə isə cütlüklərin ən çox cinsi əlaqə yaşadığı dövrdür.
* Eyni zamanda bir çox ölkərlərdə “Sevgililər günü” kimi qeyd edilən 14 fevral da ən çox intim münasibət yaşanan dövrlərdəndir.
Bəs cütlüklər cinsi münasibət üçün həftənin hansı günlərini seçirlər?
Araşdırmalar belə deməyə əsas verir ki, əksər cütlüklər cinsi yaxınlınlıq üçün həftənin bazar, şənbə və cümə günlərini ideal zaman hesab edirlər. Onların fikrincə, çərşənbə axşamı cinsi münasibət üçü uyğunsuz zaman sayılır.