Paylaş

Əziz oxucular, “Həkim məsləhəti” rubrikasında “Sağlam ailə” tibb mərkəzinin həkimləri sizin sağlamlıqla bağlı bütün suallarınızı cavablandırmağa hazırdırlar. Bunun üçün sizi narahat edən sualları bizə ünvanlamağınız kifayətdir
İstədiyiniz halda anonimliyiniz qorunacağına əmin ola bilərsiniz.

1.Salam, həkim, ən təhlükəsiz qorunma növü hansıdır? Siz hansı üsulu məsləhət görərdiniz?

1.Kontrasepsiya üsulları müxtəlif hormonal kontraseptivləri (kombinəedilmiş estrogen-hestagen və ya yalnız progestin tərkibli), uşaqlıqdaxili, cərrahi, baryer kontrasepsiyasını, spermisidləri və qadının fertil günlərinin təyin edilməsinə əsaslanan üsulları daxil edir. Hansı üsulun Sizə da uyğun olduğunu ancaq ginekoloq məsləhət edə bilər. Həkim yaşa, bədənin reaksiyasına, bədənin vəziyyətinə , gələcək planlara müvafiq olan üsulu seçmənizdə kömək edəcək. Əks təsirləri bunlardır: halsızlıq, çəkinin artması, iştahın artması, libidonun azalması, ürək bulanması, uzun müddətli istifadə vaxtı bəzi xəstəliklərə səbəb ola bilər.

2.Salam, həkim. Məndə son zamanlarda cinsi əlaqədə olmadan, bəzən elə oturduğum yerdə sperma gəlir. Bunun səbəbi hər hansısa xəstəlik ola bilərmi?

2.Əvvəla bunu dəqiq sperma olub olmadığını təyin etmək lazımdır. Bu sidik kanalından gələn axıntı (çirk) də ola bilər. Əgər həqiqətən spermadırsa onda, belə hallar uzun müddət cinsi əlaqə olmayanda, toxum kisəciyində və prostat vəzində durğunluq olanda, cinsiyyət sisteminin iltihab mənşəli xəstəlikləri olandada baş verə bilər.

3.Salam, həkim. Öyrənmək istərdim ki, cinsi əlaqədə olarkən gec boşalmaq istəyiriksə, bunun hansısa təbii üsulu varmı? Və ya bunun üçün hansı dərman vasitələrinin qəbulu daha təhlükəsizdir?

3.Gec boşalma üçün adətən bir neçə saniyəlik cinsi fəaliyyəti dayandırıb, dərindən nəfəs almaq olar. Bu ehtiras dərəcəsini endirir və orqazm anını təxirə salır. Bundan əlavə pozanı dəyişməklə, kənar bir şey haqda fikirləşməklə bundan yayınmaq olar. Prezervativlə cinsi əlaqə zamanı, prezervativ nə qədər nazik və incə olsa belə, öz baryer xüsusiyyətini itirmir və hissiyatın azalmasına görə boşalma vaxtının uzanmasına səbəb olur. Bəzi keyiləşdirici, hissiyat azaldan kremlər və məlhəmlər də var. Preparata gəldikdə isə, Dapoksetin adlı preparat mövcuddur. Cinsi əlaqədən bir neçə saat öncə qəbul edilir.Lakin istənilən halda həkimin məsləhəti və birbaşa göstərişi olmadan bu cür dərmanları qəbul etmək məsləhət görülmür.

4.Salam həkim. Mən 7 aydır ki, evliyəm, amma uşağımız yoxdur. Cinsi əlaqə zamanı yoldaşım 15-dəqə boşalır, amma mən yox. Öyrənmək istəyirəm ki, hamilə qala bilməməyimin səbəbi boşala bilməməyim ola bilərmi?

4.Sonsuzluq – müntəzəm cinsi fəal və kontraseptivlərdən istifadə etməyən qadınlar arasında 1 il və ya daha çox hamiləliyin olmaması deməkdir. Sonsuzluğdan əziyyət çəkən qadınların müayınəsi, yalnız kişi sonsuzluğunu istisna edilmış halda həyata keçirilməlidir.
Nisbi sonsuzluq – hər iki partnyorun tamamilə sağlam olmasına baxmayaraq, mayalanmanın baş tutmadığı bir haldır.
Nisbi sonsuzluğun səbəbi cinsi əlaqə zamanı qadınların orqazm keçirməməsi ola bilər. Əlbəttə ki, tək orgazm mayalanma üçün mütləq lazımi şərt deyil, lakin, qadın orqazmının və boşalma anının bir vaxta təsadüf etməsi mayalanmanı asanlaşdıran əhəmiyyətli məqamdır. Orqazm anında başlanan uşaqlıq boynu və vaginal divarların yığılması, sonrakı boşalması sperma toxumun yapışmasına səbəb olur və mayalanmanı asanlaşdırır.
Əsasən orqazm keçirməmənin səbəbi psixoloji faktordu, çox nadir halda daxili orqanların xəstəliyi ola bilər.
5.Salam, həkim. Mən öyrənmək istəyirəm. Anal seks təhlükəsiz cinsi əlaqə sayılırmı? Bunun hansı zərərləri ola bilər?

5.Qorunmadan, selikli qişaların açıq təmasda olduğu heç bir cinsi əlaqə təhlükəsiz deyil. Anal seks zamanı da cinsi yolla keçən xəstəliklər yoluxa bilər (bakteriya və virus mənşəli). Bundan əlavə cinsi yollarda olmayan və bağırsaq florasına aid olan spesifik mikroblar da ötürülə bilər.