Paylaş

Əziz oxucular, keçən həftə ərzində sağlamlığınızla bağlı bizə ünvanladığınız suallar mütəxəssislərimiz tərəfindən cavablandırıldı. Buyurun, sizi də səhhərinizlə bağlı narahat edən məqamlar, suallar varsa, onları bizə ünvanlayın, “Sağlam ailə” tibb mərkəzinin peşəkar həkimləri cavablandırsın.

1.Oxucu sualı: Salam Aleykum bağışlayın narahatlığa görə. Cinsi əlaqədən sora kişidə yatmağa meyil çox olur. Yatmamaq üçün nə etmək lazımdır? Və bunun səbəbi nədir?

1.Həkim cavabı: Cinsi əlaqədən sonra yatmaq normal haldır. Çünki orqanizm itirdiyi enerjini bərpa etməlidir. Lakin hər şey kişinin fiziki gücünden, dözümlüyündən, yorğunluq dərəcəsindən asılıdır. Bundan əlavə partnyorlar arasında maraq və istək də rol oynayır. Bu məsələdə bəzi incəliklər olduğundan, həkimlə fərdi söhbət zamanı çox şey aydın olur.

2.Oxucu sualı: Salam, həkim mən tez-tez həyəcanlanıram. Bunun səbəbi nə ola bilər və müalicəsi nədir?

2.Həkim cavabı: Salam. İlk öncə qeyd etmək istəyirəm ki, yalnız bir simptom, hansısa xəstəlik barədə qərar vermək üçün kifayət deyil. Nevropatoloqa, terapevtə müraciət etməniz daha məsləhətlidir.
Tez-tez həyacanlanmanın səbəbi nevralji təbiyətli olur (uşaqlıqda ciddi qorxu hissi keçirmə, insanın daimə stres şəraitində olması, yuxusuzluq, fobiyalar, depressiya). Bəzi hallarada somatik xəstəliklərdə bu simptoma səbəb ola bilər.
Əgər tez-tez həyacanlanma ürək döyünməsi, çox tərləmə, titrəmə, fikrin yayınması, təngnəfəslik ilə birlikdə yaranırsa, Sizdə “panik atak” adlı bir simptomokompleks ola bilər.
Müalicəyə gəldikdə isə həm medikamentoz ola bilər, həm də psixoterapevtik. Həyacanlanmanı kontrol etmək üçün bəzi köməkçi üsullar var: nəfəs almanın tənzimlənməsi, yayındırma və uzaqlaşdırma texnikası və s.

3.Oxucu sualı: Məndə axır vaxtlar cinsi zəiflik kimi bir şey yaranıb. Həmişə olmasa da əksər hallarda ikinci dəfə olmağa istək olmur. Yəni istəsəm də, ereksiya olmur. Bəzi vaxtları çıxmaq şərti ilə birinci dəfə də tez boşalıram. Həkim müayinəsindən əlavə hansı məsləhətləri görərdiniz bunun qarşısını almaq üçün?

3.Həkim cavabı: Ereksiyanın olmamasının yaranma səbəbləri bunlar ola bilər: psixo-emosional təsir (depressiya, nevrozlar, partnyorlar arasında yaranan münasibət, ətraf mühitin uyğun olmaması), iltihabı proseslər – cinsi yolla keçən infeksiyalar), somatik xəstəliklər (diabet, maddələr mübadiləsinin pozulması, endokrin disfunksiya).
Daha ətraflı məlumat üçün həkim müayinəsi və baxışı bu halda ən düzgün tədbirdir.

4.Oxucu sualı: Salam həkim mən öyrənmək istəyirəm ki, normal penisin uzunluğu nə qədərdi və penisi uzatma üçün hansısa məşğələlər, üsullar varmı?

4.Həkim cavabı: Kişilərdə cinsi orqanın normal uzunluğu 6-7 sm başlayır. Ancaq bu nisbi göstəricidir. Penisin uzunluğu irsiyətdən, orqaniznim quruluş xüsusiyyətlərindən, inkişaf gedişatından asılıdır. Və hər adadm üçün fərdidir. Uzatma üsulları deyilsə də, tibbi əsası təsdiqlənməyib və ölkəmizdə tətbiq olunmur.

5.Oxucu sualı: Salam, həkim mən eşitmişəm ki, mastrubasiya etməklə boşalma vaxtını uzatmaq olar. Məndə də erkən boşalma var, amma masturbasiya etsəm də, bunun qarşısını ala bilmirəm. Sizcə bu fikirdə həqiqət payı nə dərəcədədir?

5.Həkim cavabı: Tez boşalma masturbasiya ilə həll olunan problem deyil. Masturbasiyanın burada rolu o olur ki, o cinsi əlaqə imitasiyası olmaqla bir müddət cinsi ehtiyacın azalmasını təmin edir və istək dərəcəsi azaldığına görə boşalma zamanı uzanır.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.