Paylaş

Sərtləşmə problemi və iqtidarsızlıq kişilərin 40 yaşından sonra yaşadığı bir haldır. Cinsi həyata çox mənfi təsir edən bu problemin həlli sadəcə dərmanlardan asılı deyil.

Türkiyənin məşhur professoru İbrahim Saraçoğlu kişilərdəki bu problemin həlli üçün özəl bir qarışım məsləhət görür. Kishi.az aile.lent.az-a istinadən həmin qarışımın reseptini təqdim edir.

İstifadə üçün 150-200 qram kərəvəz (sadəcə yumru hissəsi) və təxminən 15-16 ədəd təzə cəfəri ( kök sapları ilə birgə) lazım olacaq.

Kərəvəzi 300-350 ml ( 2 stəkan su) qaynayan xlorsuz suya əlavə edin və ağzı bağlı qazanda 5 dəqiqə vam odda bişirin. Beş dəqiqədən sonra üzərinə 15-16 ədəd cəfərini əlavə etdikdən sonra qarışdırıb üç dəqiqə də ağzı bağlı halda vam odda qaynadın.

8 dəqiqə qaynadıqdan sonra kənara qoyub ilıqladın. İlıq olduqdan sonra süzüb səhər yeməyindən sonra və günorta yeməyindən yarım saat əvvəl bir stəkan için. Qalanını da soyuducuda saxlayın.

Əgər bu saatlarda içməyə imkanınız yoxdursa, onda axşam yeməyindən bir saat sonra, bir də yatmadan əvvəl için. Hər gün təzəsini hazırlayın. 20-25 gün için. İldə üç dəfə edə bilərsiniz.