Cinslərin bel hissələrinin genişlənməyini istəmirsinizsə…

Paylaş

Heç bir qarderob cins kolleksiyası olmadan tamamlanmış sayılmaz.

Heç vaxt dəbdən düşməyən cinslərə daha yaxşı necə baxa bilərik? Kişi Magazine  hər mövsüm geyindiyimiz cinslərə qulluq etməyin yollarını təqdim edir:

Cinslərin bel hissələrinin genişlənməyini istəmirsinizsə paltaryuyan  maşına atmadan əvvəl düyməsini bağlamalısınız. Əgər  cinsləriniz dardısa və bir az genişlənməsini istəyirsinizsə bu zaman yuduqdan sonra onu ipdən asın və hava ilə qurumasına imkan yaradın.

Cins paltarlar suyla nə qədər az təmas edərsə, rəngini bir o  qədər uzun müddət qoruyar. Cinslərinizi yuyarkən onları tərs üzünə çevirin və az miqdarda yuyucu tozuyla  soyuq suda yuyun. Ağ cinslər üçün də eyni üsuldan istifadə edə bilərsiniz. Yalnız ləkəni çıxarmaq üçün isti suda yuyun.

Paltaryuyana bir az  soda əlavə edərək cinslərinizin ilkgünkü kimi qalmasını təmin edə bilərsiniz. Cinslərinizi tez-tez yumayın. Bu sırada cinslərin üzərinə hopan  pis qoxulardan xilas olmaq üçün isə cinslərinizi duş qəbul edərkən vanna otağından asın. Buxar, şəklinə və rənginə toxunmadan cinsin üzərindəki qoxuları təmizləyəcək.