Paylaş

Məşhur aktrisa Ancelina Coli öz bacarıqlarından maksimum istifadə etmək qərarına gəlib.

“Us Weekly” nəşri yazır ki, o, aktrisa, ssenari müəllifi və rejissorluqdan sonra, siyasətçi olmaq xəyalına düşüb.

Məlumata görə, aktrisa hətta Britaniyanın Lordlar Palatasının üzvü Armanik Helviki özünə məsləhətçi də tutub. Nəşr qeyd edir ki, Coli siyasətə məhz Britaniyadan başlayacaq.

Ancelinanın bütün gün siyasətçi kimi işləmək əzminin olduğu də yayılan xəbərlər arasındadır. Buna görə də jurnalistlər onun kino industriyasından tamamilə uzaqlaşacağını yazırlar.

“Qafqazinfo”