Paylaş

Vitaminlər bədəndəki metabolik prosesin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarda olan maddələrdir. Lakin çox qəbul edildiyində zərərli olan vitamin və mineral mövcuddur.

Orqanizmin ehtiyacı olmadığı halda, zərərli olan 5 minerallar və vitaminləri nəzərinizə çatdırırıq:

1. Kalsium:

Əvəllər kalsiumun qəbulu xüsusən də qadınlar üçün vacib olduğu bildirilirdi, ancaq yeni araşdırmalara görə, qədərindən artıq kalsium damarları tutaraq sağlamlığa ziyan verir. Normadan artıq kalsium bəzi insanlarda böyrək  daşının yaranmasına da səbəb ola bilər.

2. E vitamini:

E vitamini  xərçəng, mirvari suyu kimi xəstəliklərə yoluxma hallarının qarşısını almaqda faydalıdır. Onu da unutmaq olmaz ki, e vitamininin həddən artıq qəbulu bədənə ziyandır.

3. Yod:

Yod həkim nəzarəti ilə qəbul edilməlidir. Bəzi vəzlərin fəaliyyət göstərməsinə yodun təsiri böyükdür. Ancaq yodun lazımsız istifadəsi  mənfi təsirlərlə nəticələnir.

4. B vitamini:

B vitamini bir çox bədən funksiyalarının işləməsinə kömək edir. Sağlam  qidalanmanın  əsas hissəsi olan  qidalarda B vitamininə çox rast gəlinir, ancaq yüksək miqdarda qəbul edildikdə  artıq zərərlər törədir. Bu səbəblərə görə, həkim məsləhəti  olmadan istifadə etmək məqsədə uyğun deyil.