Paylaş

Fevralın 27-də Çexiyanın paytaxtı Praqada kişi cüdoçular  arasında açıq Avropa çempionatı keçiriləcək. 

Kishi.az olaraq bu mövzu ilə bağlı idman şərhçisi Rövşən Binnətlinin fikirlərini öyrəndik . O bildirdi ki, hər çəkiyə uyğun namizədlərin yarışlara hazırlanması çox önəmlidir.

“Bilirik ki, son zamanlarda cüdoda köklü dəyişiliklər baş verdi. Həm federasiyanın rəhbərliyi dəyişdi, həm də komandanın baş məşqçisi yenidən komandaya məşqçi  təyin olundu. Yəni bu dəyişikliklərdən sonra nəzərə çarpacaq irəliləyiş göz qabağındadır. Cüdoçularımız get-gedə nailiyyətlərini yaxşılaşdırırlar. Hər çəki dərəcəsində  rəqabətin artması çox önəmlidir. Əvvəllər bir çəkidə bir idmançı olurdu, ikincisi olmadığına görə pis çıxış etsə də,  yaxşı çıxış etsə də yarışlara o gedirdi. Ancaq  indi hər çəkiyə uyğun namizədlərin yarışlara hazırlanması çox önəmlidir. Yüksək səviyyəli uğurların əldə olunması üçün öncə  ölkədaxili yarışlarda nailiyyətləri artırmaq lazımdır. Yeni rəhbərliyin də əsas məqsədi ölkədaxili yarışların səviyyəsini qaldırmaqdır. Mən güman edirəm ki, görülən bu tədbirlər öz yüksək nəticəsini göstərəcək”.