Paylaş

“Gənc cütlüklər arasında ortaq maraqların olmaması qorxulu deyil. Önəmli olan, onların birlikdə keçirdikləri vaxt ərzində yeni ortaq maraqlar kəşf etməsidir”.

Bu sözləri GSR.fm-in “Sosial mən”  verilişinin qonağı olan psixoloq Təhminə Çələbi yeni yaranan münasibətlər barədə danışarkən deyib:

“Heç bir insan ona qarşı olan təmənnasız sevgidən imtina edə bilmir. Təmmənnasız sevgi olduqda ola bilməz ki, qarşı tərəf bunu görməsin. İnsan hər kəsdən çox özünü sevir. Kim ona daha çox sevgi, qayğı, diqqət göstərərsə, həmin insan da diqqəti cəlb edəcək. Burada cinsiyyətin fərqi yoxdur. Yeni yaranan cütlüklər arasında isə ortaq maraqlar yoxdursa belə, birlikdə keçirdikləri vaxtda ortaq maraqlar yaratmaq olar. Birlikdə kəşf etməyi bacarmaq ən gözəldir. Ümumi maraqlar birlikdə olduqdan sonra yaranacaqdır. Bir-birinə qarşı  güvənə isə zaman lazımdır. Qarşı tərəfin suallarına səmimi cavab vermək lazımdır ki, güvən yaransın”.