Paylaş

Bu dəfə “Aşbaz Abbas” rubrikasında sizə kifayət qədər asan hazırlana bilən salat resepti təqdim edəcəyik.

Bu salatın tərkibində  istifadə edilən hər bir tərəvəz və ərzaq sağlamlığımız üçün faydalı vitaminlərlə zəngindir .

İşdən evə gəldikdə tez və asan hazırlaya biləcəyiniz salatın resepti:

Ağ Lobya Salatı

Təxminən 4 pay üçün
1/2 stəkan quru ağ lobya – gecədən suda isladılmış
1 ədəd orta boy soğan – yarıya bölünüb, uzunsov doğranmış
1 stəkan xırda-xırda doğranmış cəfəri
1 ədəd orta boy yaşıl bolqar bibəri – xırda-xırda doğranmış
2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
1/4 stəkan zeytun yağı
zövqə görə sıxılmış limon suyu və ya sirkə,
duz, istiot
1 ədəd bərk bişmiş yumurta – 4 dilimə bölünmüş
bir neçə ədəd qara zeytun
sumax

Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bütün ərzaqları lobyaya əlavə edib qarışdırın. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax ya da bibər tozu səpin.

Nuş olsun!