Paylaş

Əziz oxucular, bu dəfə mütəxəssislərimiz cinsi xəstəliklərlə bağlı bizə ünvanladığınız sualları cavablandırdı. Əgər sizin də səhhətinizlə bağlı hər hansı sualınız, probleminiz varsa, bizə göndərin, peşəkar həkimlərimiz cavablandırsın.

P.S Suallarınız “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılır.

1. Oxucu sualı: Salam, həkim mən bir ildir ki, evliyəm. Uşağımız olmur. Həkimə getdim, tək mən yoxlandım. Həyat yoldaşım yox. Dedilər ki, bunun səbəbi mənim qanımda olan mikroblardı (tibbi adını siz bilərsiniz). Buna görə indi müalicə alıram. Amma bilmək istəyirəm, əgər mənim qanımda mikrob varsa, bu həyat yoldaşıma keçə bilərmi? O da müalicə olunmalıdır?

1. Həkim cavabı: Əvvəlcə infeksiyanın adını bilmək lazımdır. Çünki mikroblar bir neçə yolla keçə bilər: hava-damcı, kontakt, transmissiv, fekal-oral və s. Əsasən cinsi yolla keçən infeksiya aşkarlandığı zaman hər iki partnoyorun yoxlanışı və müalicəsi məsləhətlidir. Əks halda infeksiyanın təkrarlanması mümkündür.

2. Oxucu sualı: Salam, həkim. Mənim əsas problemim erkən boşalmadır. Cinsi əlaqə zamanı nə qədər istəkli olsam da, ən çoxu bir dəqiqəyə boşalma olur. Həkimə getdim, deyir cinsi sağlamlığımda nəsə problem yoxdu. Bu həyəcandan, stresdən yarana bilər. Bu nə dərəcədə düzgündür? Və bu halı aradan qaldırmaq üçün nə etməliyəm?

2. Həkim cavabı: Bəli, erkən boşalma psixo-emosional amillə əlaqədər ola bilər. Bu həm partnyorla olan əlaqə, nevroz, ətraf mühit, cinsi əlaqə öncəsi gərginlik və həyacanla bağlı ola bilər. Həkim-seksopatoloq və yaxud psixoterapevtlə fərdi danışıq zamanı daha dərin səbəblərdə ortaya çıxa bilər. Lakin yenədə tibbi müayinə məsləhət görülür.

3. Oxucu sualı: Həkim, məndə cinsi passivlik var. Qarşı tərəf bunu deməsə də, özüm hiss edirəm. Eşitmişəm deyirlər ki, gün ərzində ac qalmaqla, gec-gec yemək yeməklə bunu ardan qaldırmaq olar. Çünki bu vaxt insan bədəninə ağırlıq verən maddələr həzm edilir, sən isə daha aktiv olursan. Bu fikir doğrudurmu?

3. Həkim cavabı: Cinsi aktivliyi artırmaq üçün ilk öncə heç bir daxili prosesin buna mane olmadığını öyrənmək lazımdır. Bəzi hallarda cinsi yolla keçən infeksiyalar, urogenital orqanların xəstəlikləri, digər daxili xəstəliklər, pis vərdişlər, passiv həyat tərzi, artıq çəki, bəzi dərman preparatları, düzgün qidalanmama, stress, psixoemosional gərginlik və s. kimi amillər cinsi zəifliyə səbəb ola bilər.
Ac qalmaya gəldikdə isə, Sizin maddələr mübadilənizin zəifləməsinə gətirə bilər, bu isə enerjinin azalmasına və passiv olmağınıza gətirə bilər. Aktiv həyat tərzi, düzgün qidalanma, həkim-seksopatoloqla fərdi danışıq və androloq müayinəsi məsləhət görülür.

4. Oxucu sualı: Həkim oğlumun 2 yaşı var. Bu yaxınlarda müayinədən keçirdik. Həkim dedi ki, onda Varikoselen xəstəliyi var. Amma indi əməliyyat etdirməyi məsləhət görmədi. Dedi gözləyin. Belə olanda uşağı neçə yaşında əməliyyat etdirmək düzgündür?

4. Həkim cavabı: Kiçik uşaqlarda varikosele xəstəliyinə çox nadir hallarda rast gəlinir. Olduğu halda isə, onun səbəbini mütləq aydınlaşdırmaq lazımdır. Çünki səbəbi daxili orqanlarının patologiyası ilə bağlı ola bilər – hər bir proseski xaya venalarının axının çətinləşdirirsə varikosele xəstəliyinə gətirib çıxara bilər. Əməliyyata ehtiyac olub olmaması isə varikoselenin dərəcəsindən asılı olaraq təyin olunacaq.
Lakin uşaqlarda bu nadir hal olduğu üçün ilk öncə düzgün diaqnozu qoymaq lazımdır. Dəqiq USM və doppleroqrafiya müayinəsi mütləqdir. Müayinə bir neçə vəziyyətdə və xüsusi sınaqlarla aparılır. Həkim-androloq baxışı məsləhətlidir.

5. Oxucu sualı: Salam, həkim mən silifilis xəstəliyi haqqında soruşmaq istəyirəm.Ümumiyyətlə sifilis nədir? Deyirlər cinsi yolla keçən xəstəliklərdən biridi. Geniş məlumat verərdiniz zəhmət olmasa.

5. Həkim cavabı: Sifilis – cinsi yol ilə keçən infeksion xəstəlikdir. Törədicisi spiroxeta Treponema pallidum bakteriyasıdır. Bu infeksiya mualicə olunmadığı zaman bir neçə stadiyadan keçir:
• birincili-infeksion
• ikincili
• latent
• üçüncülü
Kliniki olaraq ilk növbədə xəstə insanla kontaktdan sonra 10-90 gün ərzində bərk şankr (xora) əmələ gəlir. Müalicə olunmayan şankr öz-özünə sağalır, lakin bakteriya bədəni tərk etmir. Ardından limfogen, hematogen yol ilə bütün bədənə yayılır və ikincili sifilisin yaranmasına səbəb olur. Üçüncülü sifilis ürək-damar, sinir, sistemlərinin zədələnməsi ilə və gummaların əmələ gəlməsi ilə xarakterizə olunur. Müalicəsi üçün həkim-dermatoveneroloqa və yaxud infeksionistə müraciyyət etmək mütləqdir.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.