Paylaş

Yalan gündəlik  həyatın bir hissəsidir. Hamımız həyatımız boyu düzgün olmadığını bilsək də yalana əl atırıq.

Əgər şəxs bilərəkdən həqiqəti gizlədirsə və ya heç olmamış bir şeyi danışırsa bu yalandır.

Təməl və Tədqiqat Psixoloji jurnalında yayımlanan bir məqaləyə görə, iki yad insan arasında keçən söhbətlər zamanı insanların ən az 60 %-i yalan danışır. Özümüzü və başqalarını pis vəziyyətə salmamaq üçün ortalama on dəqiqəlik söhbətdə 3 dəfə yalan danışırıq.

Bəzi tədqiqatçılar yalanın insanlar arasındakı münasibətdən də asılı olduğunu deyirlər. Yeni tanıdığımız insanlara yaxın olduğumuz insanlara nisbətən daha az yalan danışırıq.

Tez-tez işlənən yalanlardan biri isə “yaxşıyam” ifadəsidir.

Bəzən gündəlik həyatımızda və iş görüşləri vaxtı dediyimiz yalanları bədən dilimiz ələ verir. Bir insanın gözünün içinə baxaraq yalan demək çətindir. Bunu hər kəs edə bilməz. Əksər insanlar yalan danışan zaman göz kontaktı qurmaqdan qaçar və səs tonunda da müəyyən dərəcədə dəyişikliklər baş verər. Yalan danışan şəxs çox vaxt üzünə və ya bədəninin üst hissəsinə toxunar.