Paylaş

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız  – “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub. “Qarabağ”ın rəqibi İsveçin “Höteborq”, “Qəbələ”nin rəqibi isə Sloveniyanın “Maribor” komandası ilə olub. Hər iki komanda ilk oyunu səfərdə keçirməlidir. “Pley-off”un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.

Bu barədə GSR.fm-ə müsahibə verən idman şərhçisi Sənan Şəfizadə bildirib ki, hər iki komanda ilə mübarizə aparmaq mümkündür:

“Püşk atmanı çox normal dəyərləndirirəm. Komandalarımızın rəqibləri çox normaldır. Belə söyləmək olar ki, püşk üzümüzə güldü. Hər iki komanda ilə mübarizə aparmaq mümkündür. Qrup mərhələsinə adlamaq öz əlimizdədir. “Qəbələ”nin rəqibi olan “Maribor” ölkənin 3 ən güclü komandalarından biri sayılır və normal büdcəyə malikdir. Mənim fikrimcə iki oyunun nəticələrinə əsasən “Qəbələ” bu komandanı məğlub edə bilər. Sözsüz ki, arxayınlaşmaq olmaz. Amma komandamızın kifayət qədər yaxşı şansı var. “Qarabağ” komandasına gəldikdə, son illər ölkə çempionatda da, ölkə kubok yarışlarında da stabil nəticələri ilə seçilir. Sözsüz ki, Avro Liqada qrup mərhələsinə vəsiqə qazanmaq üçün iddialı komandadır. Nəzərə alsaq ki, rəqibi olan “Höteborq”un avropa təcrübəsi “Qarabağ”dan çoxdur. Son iki oyunu nəzərə alsaq “Qarabağ” bu rəqibi keçməyə qadirdir”.