Paylaş

Deşilən şlanqı necə təmir edək?

Bağı sulayan şlanq deşildikdə yeni şlanq almağa ehtiyac yoxdur. Şlanqı asanlıqla təmir etməyiniz bir neçə dəqiqənizi alacaq.

Tez-tez bağ sulayanların qarşılaşdığı bir vəziyyət – şlanq deşilməsi. Deşilən şlanqı asanlıqla təmir etmək mümkündür. Lazımi aparatı tapdıqdan sonra bu iş sadəcə bir neçə dəqiqənizi alacaq. Sonra isə şlanqı rahatlıqla istifadə edə biləcəksiniz.

Təmir etmək üçün:

  1. Deşilən yeri tapın
  2. Suyu bağlayın
  3. Zədə görən hissəni bağ qayçısı və ya iti ucu bıçaqla kəsin. Bunu edərkən sadəcə deşiyin olduğu hissəni çıxartmağa və mümkün olduqca təmiz kəsməyə diqqət göstərin. Yəni bağ qayçısı ilə deşiyin sol və sağından kəsməyiniz lazımdır. Xortumun kəsdiyiniz uclarını isti suya salın ki, asanlıqla bükülə bilsinlər.
  4. Şlanqın kəsdiyiniz iki ucunu şlanq təmir edənə taxın. Aparat vintlədirsə, vintləri möhkəm bağlayın. Xortuma uyğun ölçüdə olduğundan əmin olun. Ümumiyyətlə, 13mm ya da 15 mm uyğundur.